...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Dekabr 2009 10:44 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 31 dekabr / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 30-da saat 18.15-dən 18.35-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərindəki Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini;

-saat 23.20-dən 23.30-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti