...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2010 10:29 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 7-də 20.30-dan 21.05-dək və 22.10-dan 22.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 8 yanvar / Trend . müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 7-də 20.30-dan 21.05-dək və 22.10-dan 22.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 07.45-dən 08.15-dək, 07.50-dən 08.20-dək, 22.30-dan 23.00-dək və yanvarın 8-də saat 00.30-dan 01.10-dək, 01.20-dən 01.35-dək Füzuli rayonunun Qaraxanbəyli, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti