...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2010 10:44 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 8-də saat 12.00-dan 12.10-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Mərzili kəndi ərazisindəki mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 09 yanvar / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 8-də saat 12.00-dan 12.10-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Mərzili kəndi ərazisindəki mövqelərimizi; saat 13.30-dan 13.40-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 19.20-dən 19.50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti