...

İlin əvvəlində politoloqların fəallığı Qarabağ münaqişəsinin nizamlanmasına yaxşı təsir etməlidir – rusiyalı politoloq Mixail Qusman

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2010 16:56 (UTC +04:00)
Türkiyəli və rusiyalı politoloqların ilin əvvəlində göstərdikləri fəallıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yaxşı təsir etməlidir, İTAR TASS Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman belə hesab edir.
İlin əvvəlində politoloqların fəallığı Qarabağ münaqişəsinin nizamlanmasına yaxşı təsir etməlidir – rusiyalı politoloq Mixail Qusman

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir E.Tariverdiyeva/

Türkiyəli və rusiyalı politoloqların ilin əvvəlində göstərdikləri fəallıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yaxşı təsir etməlidir, İTAR TASS Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman belə hesab edir.

"Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya və Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistana səfəri bu ölkələr arasında aparılan beynəlxalq dialoqun adi gündəliyndən çıxarılmır" -Qusman bildirib.

"Politoloqların ilin əvvəlində göstərdiyi fəallıq münaqişənin həll edilməsi üçün Azrbaycana yaxşı təsir edəcək", -bu barədə Qusman Trend -a bildirib.

Rusiya hökümətinin rəhbəri Vladimir Putinin dəvəti və Baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə nümayəndə heyyəti yanvarın 12-də Moskvada olacaq. Türkiyə hökümət başçısı bu günlərdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Moskvanın səylərini fəallaşdırmağa cağırmağı planlaşdırır.

"RF XİN rəhbəri Sergey Lavrov yanvarın 13-14-də Ermənistana səfər edəcək və orada Ermənistan Prezidenti Serj Sarqsyan və xarici işlər naziri Edvatd Nalbandyan ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə edəcək", - bu barədə Rusiyanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Andrey Nesterenko bildirib.

"RF-nın münaqişənin həll edilməsi üzrə vasitəçilik təşəbbüsü kontekstində Dağlıq Qarabağın nizamlanmasına dair danışıqlar prossesinin davam etdirilməsi məsələsi üzrə fikir mübadiləsi diqqət mərkəzində olacaq", - Nesterenko RİA Novosti-yə müsahibəsində deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Qusmanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər birbaşa vasitəçi ölkələrin göstərdiyi səylər konteksindədir. Son zamanlar isə Ermənistan və Türkiyə arasındakı münasibətlərdə müşahidə olunan inkişaf da münaqişənin həll olunması üçün mütləqdir.

Dekabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar. İki ölkə arasındakı diplomatik münasıbətlər 1993-cü ildən kəsilib.

"Mənim fikrimcə Rusiya uzun sürən ərazi münaqişəsinin nizamlanmasında məhz Azərbaycan və Ermənistandan sonra daha çox maraqlanan ölkələrdən biridir", -Qusman deyib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində vicdanlı vasitəçi olmaq barədə istəyini bildirən Rusiya həqiqətən mühüm addımlar atır, o hesab edir.

Qusmanın sözlərinə görə, bu konteksdə Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin ötən siyasi təqvimdəki bəzi üçtərəfli görüşlərini nəzərdən keçirmək olar.

Əgər, Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən güzəştlər etməsi üçün dəstək almasında Rusiyanın rolundan danışsaq, bu dəstəyin Ermənistan daxilində yarana biləcək etirazlara adekvat olacağı məsələsi haqlı sual doğurur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti