...

Azərbaycanda, erməni ailəsinin Ermənistandan Azərbaycan tərəfə keçməsi barədə məlumat yoxlanılır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2010 18:32 (UTC +04:00)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan KİV-nın Ermənistan Müdafiə nazirliyinə istinadən yaydığı erməni ailəsinin Ermənistandan Azərbaycan tərəfə keçməsi barədə məlumatı yoxlayır.
Azərbaycanda, erməni ailəsinin Ermənistandan Azərbaycan tərəfə keçməsi barədə məlumat yoxlanılır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir K.Zərbəliyeva/

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan KİV-nın Ermənistan Müdafiə Nazirliyinə istinadən yaydığı erməni ailəsinin Ermənistandan Azərbaycan tərəfə keçməsi barədə məlumatı yoxlayır.

"Ermənistan Müdafiə Nazirliyi bu gün naməlum şəraitdə Ermənistan-Azərbaycan sərhədinin Ersax-Naxçıvan sahəsində pozulması barədə məlumat verib", -bu barədə Mediamaks məlumat verir.

Dövlət Komissiyası məlumatın gerçəkliyini araşdırır, bazar ertəsi strukturdan Trend -a bildirilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən bu gün Mediamaks-a bildirlidiyi kimi, yanvarın 10-da saat 19:00-da Ermənistan vətəndaşı 1958-ci il təvəllüdlü Yeqişe Qevoryan öz həyat yoldaşı və üç yeniyetmə övladı (7,6 və 3 yaşlarında) ilə birlikdə, Ermənistan sərhədçilərinə tabe olmayaraq "Yeraz" markalı avtomaşınla sərhəddi keçib və Azərbaycan tərəfinin muxtariyyəti altında olan Naxçıvan ərazisinə gəlib.

Maşında yeniyetmələrin olmasını nəzərə alaraq Ermənistan sərhədçiləri tərəfindən dəff etmə atəşi açılmayıb, müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

Dövlət komissiyasından verilən son məlumata görə, strukturda bu cür məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti