...

Azərbaycanın Müdafiə Nazirliyi erməni ailəsinin Azərbaycan tərəfə keçməsi faktını təsdiq edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Yanvar 2010 11:36 (UTC +04:00)
"Beş nəfərdən ibarət olan erməni ailəsi hazırda Azərbaycan ərazisindədir və fakt üzrə araşdırma aparılır", - Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti rəisinin müavini Teymur Abdullayev Trend News-a deyib.
Azərbaycanın Müdafiə Nazirliyi erməni ailəsinin Azərbaycan tərəfə keçməsi faktını təsdiq edib

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Müdafiə Nazirliyi erməni ailəsinin Azərbaycan tərəfə keçməsi faktını təsdiq edib.

"Beş nəfərdən ibarət olan erməni ailəsi hazırda Azərbaycan ərazisindədir və fakt üzrə araşdırma aparılır", - Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti rəisinin müavini Teymur Abdullayev Trend -a deyib.

Ermənistan Müdafiə Nazirliyi bazr ertəsi naməlum şəraitdə Ermənistan-Azərbaycan sərhədinin Yersax-Naxçıvan sahəsində pozulması barədə məlumat verib. Məlumatı Mediamaks yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertsəi Mediamaks-a bildirilib ki, yanvarın 10-da saat 19:00-da Ermənistan vətəndaşı 1958-ci il təvəllüdlü Yeqişe Qevoryan öz həyat yoldaşı və üç yeniyetmə övladı (7,6 və 3 yaşlarında) ilə birlikdə Ermənistan sərhədçilərinə tabe olmayaraq "Yeraz" markalı avtomaşınla sərhədi keçib və Azərbaycan tərəfinin muxtariyyəti altında olan Naxçıvan ərazisinə gəlib.

"Maşında yeniyetmələrin olmasını nəzərə alan Ermənistan sərhədçiləri atəş açmayıb", - Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti