...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2010 09:49 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 16 yanvar / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 15-də saat 18.00-dan 18.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20.00-dan 20.20-dək Füzuli  rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 09.25-dən 09.30-dək, yanvarın 16-də saat 01.00-dan 01.30-dək və 02.00-dan 02.30-dək Ağdam rayonunun Sarıcalı, Cəvahirli və Şürabad kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
 
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti