...

Türkiyə ilə imzalanan protokolların təsdiq olunmasında Ermənistan daha çox maraqlıdır – Azərbaycanın hakim partiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Yanvar 2010 16:45 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının icra katibi müavininin fikrincə, proseslər İsveçrənin Sürix şəhərində imzalanmış protokolların təsdiqlənməsi və Türkiyə ilə sərhədlərin açılmasında Ermənistanın daha çox maraqlı olduğunu sübut edir.
Türkiyə ilə imzalanan protokolların təsdiq olunmasında Ermənistan daha çox maraqlıdır – Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının icra katibi müavininin fikrincə, proseslər İsveçrənin Sürix şəhərində imzalanmış protokolların təsdiqlənməsi və Türkiyə ilə sərhədlərin açılmasında Ermənistanın daha çox maraqlı olduğunu sübut edir.

"Bir neçə gün öncə Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə imzalanmış protokollara müsbət rəy verməsi buna sübutdur", - Trend -un məlumatına görə, cümə axşamı hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın internet saytına bildirib.

Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Qurbanlının sözlərinə görə, əvvəllər Ermənistan bu protokolların Türkiyə Parlamentində təsdiqlənəndən sonra müzakirəyə çıxaracağını bəyan etmişdi. "Ancaq hadisələrin gedişi göstərdi ki, işğalçı dövlət öncə dediyi iddialardan geri çəkilib. Bütün bu hadisələr onu sübut edir ki, sərhədlərin açılmasında ən maraqlı tərəf Ermənistandır. Bu dövlətin və erməni lobbisinin içərisində protokolların əleyhinə olan qüvvələrin olması barədə deyilənlər erməni hiyləgərliyinin, bu məsələdə onların ikiüzlü siyasətinin açıq nümunəsidir", - icra katibinin müavini əlavə edib.

Millət vəkili deyib ki, bu günlərdə Türkiyə Parlamentində Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş olmasa, sərhədlərin açılmayacağı bəyan edilib. "Bu gün sərhədlərin açılması iqtisadi cəhətdən ağır vəziyyətdə olan Ermənistana "nəfəs" verərdi. Ancaq Türkiyənin mövqeyi də bu məsələdə tam aydındır", - YAP İcra katibinin müavini vurğulayıb.

Türkiyə və Ermənistan xarici işlər nazirlərinin son telefon danışığını xatırladan Qurbanlı hesab edir ki, Ermənistan tərəfi artıq Türkiyəyə yalvarmaqdadır. "Türkiyə isə Ermənistanla sərhədlərin açılması məsələsində öz şərtlərini saxlayır. Ümumilikdə, bölgədə ciddi proseslərin getdiyini görməkdəyik. Bu proseslər Azərbaycanın mövqeyinin də möhkəmlənməsini sübut edir", - o xatırladıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti