...

Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün zəmin yarana bilər - Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2010 14:41 (UTC +04:00)
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Movruz Məmmədov ümidvar olduğunu bildirib ki, qarşıdakı Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesində müəyyən irəliləyişlər üçün zəmin yarana bilər.
Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün zəmin yarana bilər - Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir M.Əliyev/

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Movruz Məmmədov ümidvar olduğunu bildirib ki, qarşıdakı Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesində müəyyən irəliləyişlər üçün zəmin yarana bilər.

Yanvarın 25-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

"Düşünürəm ki, Ermənistan rəhbərliyi son proseslər fonunda düşüncəli hərəkət edərək münaqişənin həlli üçün müəyyən şərait yarada bilər", - Məmmədov cümə günü jurnalistlərə deyib.

"Yəni Ermənistan konstruktiv mövqe tutmaqla nizamlanma prosesində irəliləyişə nail olmaq üçün imkan yaradacaq", - o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib

Xəbər lenti

Xəbər lenti