...

Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin dialoqunu dəstəkləyir - XİN rəhbəri Lavrov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2010 15:21 (UTC +04:00)
Rusiya Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın dialoqunu aktiv surətdə dəstəkləyir. Bunu RF-nin xarici işlər naziri Sergey Lavrov deyib. Məlumatı RİA Novosti yazır.
Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin dialoqunu dəstəkləyir - XİN rəhbəri Lavrov

Rusiya Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın dialoqunu aktiv surətdə dəstəkləyir. Bunu RF-nin xarici işlər naziri Sergey Lavrov deyib. Məlumatı RİA Novosti yazır.

"Prezidentlərin qarşıdakı görüşünə gəlincə, biz ümid edirik ki, Sarkisyan və Əliyev arasındakı dialoq keçənilki dialoqun davamı olacaq. Dialoq hər hansı bir təsirli irəliləyişə gətirib çıxarmasa da tam intensiv oldu, iki lider arasında əlaqələri möhkəmləndirdi, onlara əvvəllər həll ediləsi məsələlərə dərindən diqqət yetirməyə imkan verdi. Biz belə dialoqun davam etməsini aktiv surətdə dəstəkləyirik", - Lavrov Moskvada təşkil edilən brifinqdə deyib.

Kremlin mətbuat xidməti bir gün əvvəl məlumat verib ki, yanvarın 25-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə görüşü keçiriləcək.

Əliyev və Sarkisyanın sonuncu görüşü noyabrın 22-də Münhendə keçirilib. Görüşün yekunlarını hər iki tərəf müsbət dəyərləndirib. Ümumilikdə, keçən il Azərbaycan və Ermənistan prezidentlərinin altı ikitərəfli görüşü keçirilib. İki görüş isə Rusiya Prezidentinin iştirakı ilə keçirilib. Bu görüşlərdən biri iyulda Moskvada baş tutub.

Xəbər lenti

Xəbər lenti