...

Dağlıq Qarabağ münaqişəsində irəliləyiş üçün kifayət qədər zəmin var - Gennadi Burbulis

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2010 17:50 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində irəliləyiş üçün kifayət qədər zəmin var. RF Federasiya Şurası sədrinin müşaviri Gennadi Burbulis belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsində irəliləyiş üçün kifayət qədər zəmin var - Gennadi Burbulis

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir Ü.Sadıxova/

Dağlıq Qarabağ münaqişəsində irəliləyiş üçün kifayət qədər zəmin var. RF Federasiya Şurası sədrinin müşaviri Gennadi Burbulis belə hesab edir.

Onun sözlərinə görə, ATƏT missiyasının (Minsk qrupu) bunun üçün yaxşı platforması və yaxşı bazası var.

Burbulis deyib ki, onun mövqeyi Rusiya xalqının əksəriyyətinin bölüşdüyü ümumi qəbul edilən mövqe ilə üst-üstə düşür. "Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün saxlanması ilə həll edilməlidir". - RF Federasiya Şurası sədrinin müşaviri Gennadi Burbulis cümə günü Bakı Slavyan Unuiversitetində tələbələrlə görüşü zamanı deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib

Xəbər lenti

Xəbər lenti