...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2010 09:47 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 25-də saat 14.30-dan 14.35-dək, 19.05-dən 19.15-dək Ağdam  rayonunun Kəngərli və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 14.20-dən 14.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 17.01-dən 17.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 21.20-dən 21.40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 21.05-dən 21.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti