...

Azərbaycan və Türkiyə torpaqları Vaşinqton universitetində keçirilən seminarda Ermənistan əraziləri kimi təqdim edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2010 14:17 (UTC +04:00)
Vaşinqton universitetlərinin birində keçirilmiş seminar zamanı təqdim olunmuş xəritədə Türkiyə və Azərbaycan torpaqları Ermənistan əraziləri kimi təqdim olunub.
Azərbaycan və Türkiyə torpaqları Vaşinqton universitetində keçirilən seminarda Ermənistan əraziləri kimi təqdim edilib

Vaşinqton universitetlərinin birində keçirilmiş seminar zamanı təqdim olunmuş xəritədə Türkiyə və Azərbaycan torpaqları Ermənistan əraziləri kimi təqdim olunub. Məlumatı CNN Turk saytı yazır.

Seminar, oktyabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərlərinin Sürixdə imzaladığı iki ölkə arasındakı münasibətlərin normallaşmasına dair Türkiyə-Ermənistan protokollarına həsr olunub.

Seminar iştirakçılarına təqdim olunmuş xəritədə Azərbaycanın Naxçıvan, Qarabağ, bütünlükdə qərb, Türkiyənin şərq, Gürcüstanın cənub, İranın şimal-qərb və İraqın şimal əraziləri Ermənistanın tarixi torpaqlarının bir hissəsi kimi təsvir olunub.

Türkiyənin Vaşinqtondakı səfirliyinin seminarın işində iştirak edən nümayəndələri təşkilatçılardan təhrif olunmuş xəritədəki səhvlərin düzəldilməsini tələb ediblər.

Seminarın təşkilatçıları xəritəni Google axtarış sistemindən əldə etdiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti