...

AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə yeni sədr martda seçiləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2010 15:00 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin gələcək fəaliyyəti, onun yeni sədrinin seçilməsi ilə bağlı məsələ qurumun Bürosunun bu gün keçirilən iclasında gündəlikdə yer alsa da, bu məsələ müzakirə olunmayıb. Bu barədə Trend News-a cümə günü AŞ-dəki mənbədən məlumat verilib.
AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə yeni sədr martda seçiləcək

Fransa, Strasburq, 29 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin gələcək fəaliyyəti, onun yeni sədrinin seçilməsi ilə bağlı məsələ qurumun Bürosunun bu gün keçirilən iclasında gündəlikdə yer alsa da, bu məsələ müzakirə olunmayıb. Bu barədə Trend -a cümə günü AŞ-dəki mənbədən məlumat verilib.

Məlumatda deyilir ki, vaxt məhdudluğu səbəbindən bu məsələ müzakirə olunmadı və onun Büronun cari ilin martın 11-də Parisdə keçiriləcək iclasında müzakirə edilməsi qərara alınıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti