...

ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2010 10:23 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 3-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 4 km qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 3-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 4 km qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Riter Ki və Vladimir Çontulov keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin və İrje Aberle keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti