...

Rusiya və Fransa Dağlıq Qarabağ nizamlanması üzrə birgə işləyəcəklər - Sarkozi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2010 10:48 (UTC +04:00)
Rusiya və Fransa Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu barədə Fransa Prezidenti Nikolya Sarkozi Rusiya lideri Dmitri Medvedyevlə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. Məlumatı RİA-Novosti yayıb.
Rusiya və Fransa Dağlıq Qarabağ nizamlanması üzrə birgə işləyəcəklər - Sarkozi

Rusiya və Fransa Dağlıq Qarabağ nizamlanması üzrə birgə işləyəcəklər - Sarkozi

Rusiya və Fransa Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu barədə Fransa Prezidenti Nikolya Sarkozi Rusiya lideri Dmitri Medvedyevlə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. Məlumatı RİA-Novosti yayıb.

"Rusiya və Fransa Ermənistanla Azərbaycanın birgə işləməsi və bir-birlərini başa düşməsi üçün onlara yardım göstərməkdən ötrü birgə çalışacaqlar", - Sarkozi deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk Qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ regionunun və işğal olunmuş ərazilərin azad edilməsinə dair dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Xəbər lenti

Xəbər lenti