...

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2010 12:42 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 4 km qərb istiqamətindəki təmas xəttində monitorinq insidentsiz ötüşüb. Bu barədə çərşənbə günü Trend News-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 3 mart / Trend , müxbir K.Zərbalıyeva/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 4 km qərb istiqamətindəki təmas xəttində monitorinq insidentsiz ötüşüb. Bu barədə çərşənbə günü Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan tərəfdə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Piter Ki və Vladimir Çontulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin və İrje Aberle keçirib.

Xəbər lenti

Xəbər lenti