...

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrin icra vəziyyətinin monitorinqi aparılmalıdır – Azərbaycanın Baş nazirinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2010 15:51 (UTC +04:00)
Azərbaycanın komitə sədri hesab edir ki, beynəlxalq təşkilatlar Dağlıq Qarbağ münaqişəsinin sülh yolu ilə həllini nəzərdə tutan qətnamələrin icra vəziyyətinin monitorinqini aparmalıdır.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrin icra vəziyyətinin monitorinqi aparılmalıdır – Azərbaycanın Baş nazirinin müavini

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Baş nazirinin müavini hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrin icra vəziyyətinin monitorinqi aparılmalıdır.

"Beynəlxalq təşkilatlar tərəfindən dünyada qaçqın və məcburi köçkünlərlə bağlı olan bütün problemlər ətrafında təhlil və monitorinqlər aparılır", - Trend -un məlumatına görə, çərşənbə günü keçirilən tədbirdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Həsənovun sözlərinə görə, dünya təcrübəsində hələ belə bir monitorinq yoxdur ki, münaqişələrin həlli istiqamətində qəbul edilmiş qətnamələrin icrasının təhlili aparılsın.

"Bu tədbirdə səfirlər və maliyyə qurumları iştirak edir. Bilmirəm onlar bunu qəbul edəcəklər, onlara bu sərf edir, ya yox, ancaq bundan sonra bu təklifi daim təkrar edəcəyik ki, hansısa bir qurum bu məsuliyyəti öz üzərinə götürsün", - komitə sədri əlavə edib.

Komitə sədri deyib ki, ötən 22 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası, ATƏT-in Lissabon sammiti, Avropa Şurası Parlament Assambleyasıİslam Konfransı Təşkilatının qəbul etdiyi qətnamələrin icra vəziyyətinin təhlili aparıla bilər.

"Əgər hər hansı mövcud xırda problem ətrafında istənilən qurum çox canfəşanlıqla monitorinq apara bilirsə, niyə belə ciddi problemlə bağlı monitorinq aparılmasın", - Həsənov vurğulayıb.

BMT Qaçqınların Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Arin Sala-Nqarin bildirib ki, təmsil etdiyi qurum humanitar təşkilat olduğundan, qaldırılan məsələnin həllinə humanitar baxımdan çalışacaqlar.

"Maddi yardım və ya insanların hüquqlarının təminatı, qaçqın və məcburi köçkünlərin geri qaytarılması baxımından BMT-nin Azərbaycandakı hər bir strukturu öz mandatı çəçivəsində əlindən gələni edəcək. Nazir müavininin verdiyi təklif və məsləhətlərin müzakirəsi aparılacaq", - o xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti