...

Rusiya və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2010 13:44 (UTC +04:00)
Martın 8-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanın görüşü olub. Bu barədə RF Xarici İşlər Nazirliyinin saytında məlumat verilir.
Rusiya və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Martın 8-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanın görüşü olub. Bu barədə RF Xarici İşlər Nazirliyinin saytında məlumat verilir.

Söhbət zamanı tərəflər Dağlıq Qarabağ nizamlanması prosesinin davam etdirilməsi mövzusuna dair fikir mübadiləsinə xüsusi diqqət yetiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti