...

Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsir göstərir - Azərbaycanın hakim partiyasının sədr müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2010 12:53 (UTC +04:00)
Avropa İttifaqı Avropanın ən mötəbər təşkilatı olaraq bu məkanda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Azərbaycan da Avropanın bir hissəsidir. Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsirini göstərir. Trend News-un məlumatına görə, bunu hakim partiyanın rəsmi saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Avropa İttifaqının Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcək rolunu şərh edərkən deyib.
Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsir göstərir - Azərbaycanın hakim partiyasının sədr müavini

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir A.Hüseynbala/

Avropa İttifaqı Avropanın ən mötəbər təşkilatı olaraq bu məkanda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Azərbaycan da Avropanın bir hissəsidir. Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsirini göstərir. Trend -un məlumatına görə, bunu hakim partiyanın rəsmi saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Avropa İttifaqının Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcək rolunu şərh edərkən deyib.

"Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bunun önəmi gündən-günə artmaqdadır. Ona görə də bölgədə sabitliyin təmin olunması daha da aktuallaşmaqdadır" - Əhmədov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Bu mənada Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə maraqlı olduğunu açıq şəkildə ifadə etməyə başlayıb. Xüsusilə, ötən illər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində üzə çıxan bir sıra problemlər Azərbaycanın bu baxımdan rolunu əhəmiyyətli dərəcədə artırıb. Hesab edirəm ki, Avropa İttifaqının Cənubi Qafqazda münaqişələrin nizama salınmasında təsir mexanizmləri var. Ancaq bu mexanizmlərdən hansı formada istifadə edilməsi üzərində düşünülməlidir" - hakim partiyanın rəsmisi deyib.

Onun sözlərinə görə, bugünün reallığı odur ki, Dağlıq Qarabağ probleminin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.

"ATƏT-in Minsk qrupunun nümayəndələrinin əksəriyyəti Avropa İttifaqının üzvüdür. Belə olan halda isə Avropa İttifaqının prosesə təsir rıçaqlarının olması açıq şəkildə özünü göstərir. Amma söhbət ədalətin bərpa olunmasına dövlətlərin nə dərəcədə hazırlığından gedir. Hesab edirəm, təşkilata üzv dövlətlər buna maraqlı olsalar, münaqişənin həlli tez baş verə bilər", - deyə YAP-ın sədr müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti