...

ATƏT-in Minsk qrupunun fransalı həmsədri bildirir ki, onun sözləri Yerevanda təhrif olunub - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2010 17:56 (UTC +04:00)
Bu gün ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasyenin təşəbbüsü ilə onun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla telefon söhbəti olub. Söhbət zamanı həmsədr həm Ermənistan, həm də Azərbaycan mətbuatında ona istinadən yayılan məlumatlarla bağlı narahatlığını bildirib.
ATƏT-in Minsk qrupunun fransalı həmsədri bildirir ki, onun sözləri Yerevanda təhrif olunub - Azərbaycan XİN

Azərbaycan, Bakı,15 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Bu gün ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasyenin təşəbbüsü ilə onun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla telefon söhbəti olub. Söhbət zamanı həmsədr həm Ermənistan, həm də Azərbaycan mətbuatında ona istinadən yayılan məlumatlarla bağlı narahatlığını bildirib. Bu barədə Trend -a Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

Ermənistanın bəzi KİV-lərində Bernar Fasyenin adından dərc edilən bəyanata görə, o deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycan qələbə qazana bilməyəcək.

"Müharibə bərpa olunarsa, Azərbaycanın qələbəsi mümkün deyil, çünki mən erməni və Qarabağ döyüşçülərinin cəsurluğuna şəxsən bələdəm", - Fasye NATO Parlament Assambleyasının "Rouz-Rot" seminarında bildirib. Məlumatı "Novosti-Armeniya" yayıb.

Onun sözlərinə görə, söhbət zaman Fasye bildirib ki, o, həm həmsədr, həm də hərbi şəxs kimi bu və ya digər silahlı qüvvələrin, ordunun vəziyyətinin və ya ölkənin münaqişəni hərbi yolla həll etməyə hazır olmasının qiymətləndirilməsi kimi kobud səhvə yol verə bilməz. "Fasye bildirib ki, onun sözlərinin bu cür təhrif olunması yolverilməzdir və bu, onda böyük narahatlıq doğurur. Həmçinin qeyd olunub ki, Yerevanda mətbuat konfransı zamanı o, fransız dilində çıxış edib və onun çıxışı ingilis və rus dillərinə çox pis tərcümə olunub", - Poluxov bildirib.

Xəbər lenti

Xəbər lenti