...

ATƏT-in maşınları bataqlığa düşdüyündən, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq baş tutmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2010 15:09 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki təmas xəttində nəzərdə tutulan monitorinq baş tutmayıb. Bu barədə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. "ATƏT nümayəndələrini aparan nəqdliyyat vasitələri həmin ərazidə bataqlığa düşüb. Yerli əhalinin, texnikanın köməyi ilə maşınlar bataqlıqdan çıxarılıb. Nəticədə monitorinq baş tutmayıb", - məlumatda deyilir.
ATƏT-in maşınları bataqlığa düşdüyündən, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq baş tutmayıb

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir K.Zərbalıyeva/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki təmas xəttində nəzərdə tutulan monitorinq baş tutmayıb. Bu barədə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
"ATƏT nümayəndələrini aparan nəqdliyyat vasitələri həmin ərazidə bataqlığa düşüb. Yerli əhalinin, texnikanın köməyi ilə maşınlar bataqlıqdan çıxarılıb. Nəticədə monitorinq baş tutmayıb", - məlumatda deyilir.

Monitorinq keçirilməzdən əvvəl Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sözügedən ərazinin əlverişsiz, bataqlıq sahə olduğu ATƏT nümayəndələrinin nəzərinə çatdırılıb. Lakin onlar təkidlə məhz Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirmək istədiklərini bildiriblər. Bu təkiddən sonra monitorinqə icazə verilib.

Xəbər lenti

Xəbər lenti