...

Türkiyə XİN rəhbəri Ermənistan - Azərbaycan münaqişəsinin həlli imkanlarını istisna etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2010 11:23 (UTC +04:00)
Əgər Bosniya, Herseqovina və Serbiya irimiqyaslı müharibədən sonra öz aralarındakı münasibətləri bərpa edə biliblərsə, bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması üçün şans var. "Hürriyyət" qəzeti Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna istinadən bildirir.
Türkiyə XİN rəhbəri Ermənistan - Azərbaycan münaqişəsinin həlli imkanlarını istisna etmir

Əgər Bosniya, Herseqovina və Serbiya irimiqyaslı müharibədən sonra öz aralarındakı münasibətləri bərpa edə biliblərsə, bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması üçün şans var. "Hürriyyət" qəzeti Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna istinadən bildirir.

Bosniya, Herseqovina və Serbiya arasındakı müharibə Dağlıq Qarabağ müharibəsindən daha irimiqyaslı idi və nəticədə, tərəflər münasibətlərini normallaşdıra və razılaşdıra biliblər. Deməli, Azərbaycan və Ermənistan arasında münasibətləri bərpa etmək üçün şans var. Bu barədə türkiyəli nazir bildirib.

Davudoğlunun sözlərinə əsasən, Ermənistan hələ də Türkiyəni Azərbaycanı dəstəkləməkdə ittiham edir və Dağlıq Qarabağ münaqişəsinin həllini Ankara ilə müzakirə etməkdən imtina edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş digər ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti