...

Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Mart 2010 09:57 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 22 mart  / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 21-də saat 19.50-dən 20.35-dək və 21.30-dan 22.15-dək Tərtər rayonunun Qızıl Oba, Yarimca kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 21.35-dən 22.20-dək Ağdam rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.                                          
                   


Xəbər lenti

Xəbər lenti