...

Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2010 10:55 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 25-də saat 19:10-dan 19:20-dək Ermənistanın Berd rayonunun Mososkerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində Azərbaycan Silahli Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 25-də saat 19:10-dan 19:20-dək Ermənistanın Berd rayonunun Mososkerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində Azərbaycan Silahli Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmin gün Ermənistan silahlıq qüvvələri saat 21:02-dən 21:12-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, həmçinin, saat 22:03-dən 22:07-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, martın 26-da saat 01:15-dən 01:45-dək və 02:40-dan 03:05-dək Tərtər rayonunun Güarx və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahli Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti