...

Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2010 17:35 (UTC +04:00)
Martın 25-də Brüsseldə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun Aİ Şurası Baş Katibliyi Siyasi Departamentinin rəisi Xelqa Şmid və Avropa Komissiyasının xarici əlaqələr üzrə baş direktoru Juan Almeyd ilə görüşündə Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Bu barədə RF XİN-in məlumatında deyilir.
Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Azərbaycan, Bakı, 26 mart / Trend /

Martın 25-də Brüsseldə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun Aİ Şurası Baş Katibliyi Siyasi Departamentinin rəisi Xelqa Şmid və Avropa Komissiyasının xarici əlaqələr üzrə baş direktoru Juan Almeyd ilə görüşündə Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Bu barədə RF XİN-in məlumatında deyilir.

Həmçinin, görüş zamanı geniş məsələlər dairəsi müzakirə olunub - modernləşdirmə üçün tərəfdaşlıq, Rusiya - Aİ yeni baza sazişinə dair danışıqların gedişi, Rusiya ilə Aİ arasında vizasız rejimin tətbiqi perspektivləri, həmçinin, Rusiya - Aİ əməkdaşlığına dair digər aktual mövzular.

Tərəflər Yaxın Şərq nizamlanması, Cenevrə müzakirələrinin gedişi, Sudanda və onun ətrafında vəziyyət də daxil olmaqla aktual beynəlxalq problemlərə dair fikir mübadiləsi aparıblar. Əsas diqqət Vankuverdən Vladivostoka qədər olan məkanda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi mövzusuna yönəlib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ regionun və işğal edilmiş ərazilərin azad edilməsinə daur dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Xəbər lenti

Xəbər lenti