...

Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2010 20:37 (UTC +04:00)
Beyləqanda yerləşən hərbi hissədə xidmət edən Azərbaycan Milli Ordusunun əsgəri Pənahir Vüqar Qabil oğlu, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində boynundan güllə yarası alandan sonra keçinib. Bu barədə Trend News-un müxbirinə həlak olanın yaxın qohumu Zəfər Ağayev məlumat verib.
Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Birinci abzasda təfərrüatlar əlavə olunub

Azərbaycan, Gəncə, 27 mart / Trend , müxbir V.Məmmədov /

Beyləqanda yerləşən hərbi hissədə xidmət edən Azərbaycan Milli Ordusunun əsgəri Pənahir Vüqar Qabil oğlu, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində boynundan güllə yarası alandan sonra keçinib. Bu barədə Trend -un müxbirinə həlak olanın yaxın qohumu Zəfər Ağayev məlumat verib.

Beyləqan Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Vüqar Pənahir şənbə günü səhər saatlarında naryadda olarkən yaralanıb.

Azərbaycan Müdafiyə Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Əsgər hərbi xidmətə 2008-ci ilin oktyabrında çağırılıb. Hərbi xidmətinin bitməsinə 4 gün qalırdı.

Xəbər lenti

Xəbər lenti