...

ATƏT-in Minsk qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdar olduqlarını bildirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2010 12:41 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlər keçirərək və regiona səfər edərək, tərəflərin Madrid prinsipləri çərşivəsində sülh yolu ilə nizamlanmaya nail olmağa tərəfdar olduqlarını bildirirlər. Bu barədə təşkilatın press-relizində deyilir.
ATƏT-in Minsk qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdar olduqlarını bildirir

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.Tarıverdiyeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlər keçirərək və regiona səfər edərək, tərəflərin Madrid prinsipləri çərşivəsində sülh yolu ilə nizamlanmaya nail olmağa tərəfdar olduqlarını bildirirlər. Bu barədə təşkilatın press-relizində deyilir.

Martın 28-də Yerevanda həmsədrlər prezident Serj Sarqsyan və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Məqsəd Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair əsas prinsiplər üzrə erməni tərəfinin təkliflərinin gələcək müzakirəsidir. Ermənistanda həmsədrlər, həmçinin, bir sıra ikitərəfli görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti