...

Azərbaycanda ötən ay 3 122 mina zərərsizləşdirilib - ANAMA

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2010 12:34 (UTC +04:00)
Ötən ay ərzində Azərbaycanda 2 323 934 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib
Azərbaycanda ötən ay 3 122  mina zərərsizləşdirilib - ANAMA

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay ərzində Azərbaycanda 2 323 934 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib.

Əməliyyatlar nəticəsində 3122 mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Aprel ayı ərzində 4 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina tapılıb.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edir. Həmçinin, əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.

Ümumilikdə, indiyədək agentlik tərəfindən 1 308 228 27 kvadratmetr ərazi təmizlənib, 611 072 mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Ağstafa, Gədəbəy, Gəncə, Bərdə və Bakı şəhəri Qaradağ rayonu ərazisində aparılır.

Aprel ayında minapartlama hadisəsi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti