...

ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistanın razılığı nəzərə alınmadan da, yenilənmiş Madrid prinsiplərini qəbul edə bilərlər - politoloq Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2010 14:07 (UTC +04:00)
Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsi ətrafında baş verən prosesləri ümumilikdə Azərbaycanın xeyrinə hesab etmək olar, - Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistanın razılığı nəzərə alınmadan da, yenilənmiş Madrid prinsiplərini qəbul edə bilərlər - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir A.Hüseynbala/

Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsi ətrafında baş verən prosesləri ümumilikdə Azərbaycanın xeyrinə hesab etmək olar, - Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Ermənistanın mövqeyinin sərtləşdirilməsi gözlənilən addım olduğu üçün bu heç nəyi dəyişmir. Ermənistan yenilənmiş Madrid prinsiplərinə qeyri-adi münasibət bəsləyib. ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistanın razılığı nəzərə alınmadan da, yenilənmiş Madrid prinsiplərini qəbul edilmiş sənəd kimi təqdim edə bilərlər", - Əhmədoğlu deyib.

Politoloq deyib ki, Ermənistanın xarici işlər naziri yenilənmiş Madrid prinsiplərində olan bir çox məsələlərin, ümumiyyətlə, Ermənistanda müzakirə edilmədiyini bəyan edib.

" ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycana verdikləri sözü tutacaqlarsa, münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində ciddi irəliləyiş baş verə bilər", - Əhmədoğlu əlavə edib.

Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində ən vacib dəyişikliklərdən biri də, alternativ vasitəçilik ideyasının inkişafıdır. Rusiya münaqişənin tənzimlənməsindən yayınmaq üçün bəhanələrin sayını artırmaq istəyir.

"İran gözlənilmədən münaqişənin tənzimlənməsində özünün vasitəçiliyinə Azərbaycanın razılıq verdiyini, Ermənistanın razılıq vermədiyini bəyan etdi. Rəsmi Bakı, ehtimal ki, ötən il may ayında rəsmi Tehranın vasitəçiliyinə razılıq vermişdi. İran əgər münaqişənin regionunda kənar dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsini istəmirsə, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu Azərbaycanın ərazisi hesab edirsə, o zaman, ən azı, normal qonşuluq prinsiplərini nəzərə alaraq, Azərbaycana işğal olunmuş əraziləri üzərində suverenliyini bərpa etməyə kömək etməlidir", - politoloq deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti