...

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Avropada görüşü gözlənilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2010 16:14 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesində gələcək addımların müzakirəsi üçün Avropada növbəti görüşlərinin keçiriləcəyini gözləyirlər.
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Avropada görüşü gözlənilir

Azərbaycan, bakı, 6 may /Trend, müxbir Y.Ostapenko/

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesində gələcək addımların müzakirəsi üçün Avropada növbəti görüşlərinin keçiriləcəyini gözləyirlər. Bu barədə Minsk qrupunun bəyanatında deyilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş çərşənbə günü Vyanada bağlı qapılar arxasında keçirilib. Brifinqdə həmsədrlər Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrini Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesi və gələcək addımlar barədə məlumatlandırıblar.

Vyanadakı görüşdə rusiyalı həmsədr Yuri Merzlyakov öz vəzifəsini rəsmi şəkildə İqor Popova təhvil verib.

Eyni zamanda, həmsədrlər ölkələrin Madrid prinsipləri əsasında qərarların yenidən işlənib hazırlamasında inkişafa nail olduqlarını, həmçinin ötən ilin iyulunda İtaliyanın Akvilla şəhərində səkkizlər sammitində həmsədr ölkələrin prezidentlərinin birgə bəyanatlarında öz əksini tapan elementləri vurğulayıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti