...

Sabah Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2010 10:27 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 13-də Azərbaycanın Tərtər rayonunun Qızıloba kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Sabah Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 13-də Azərbaycanın Tərtər rayonunun Qızıloba kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Caslan Nurtazin, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti