...

Separatçı rejimin keçirdiyi seçkilər rəsmən tanına bilməz – Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2010 17:43 (UTC +04:00)
Separatçı rejimin keçirdiyi seçkilər heç bir rəsmi statusa malik ola bilməz. Bu barədə jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov bildirib. Bu barədə ATV telekanalı məlumat verib.
Separatçı rejimin keçirdiyi seçkilər rəsmən tanına bilməz – Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi

Аzərbaycan, Bakı, 15 may / Trend,müxbir K.Zərbəliyeva /

Separatçı rejimin keçirdiyi seçkilər heç bir rəsmi statusa malik ola bilməz. Bu barədə jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov bildirib. Bu barədə ATV telekanalı məlumat verib.

Mayın 23-də Dağlıq Qarabağın separatçı rejimi "parlament seçkiləri" keçirir.

" Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb, bu ərazilərdən məcburi köçürülmüş azərbaycanlılar öz doğma yerlərinə qayıtmayıblar. Orada keçirilən seçkilər rəsmən tanına bilməz. Onalrın məqsədi Azərbaycan dövləti üçün separatçı rejimin siyasəti çərçivəsində problem yaratmaq və azərbaycanlı əhalinin bu torpaqlara qayıtması prosesini çətinləşdirməkdən ibarətdir", -Həsənov deyib.

Azərbaycan XİN cümə günü Dağlıq Qarabağda "parlament seçkilərinin" keçirilməsilə bağlı rəsmi etirazını bildirib.

Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti