...

BMT Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımayacaq - baş katibin nümayəndəsi Valter Kalin

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2010 16:01 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatı (BMT) Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımayacağını bəyan edib.
BMT Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımayacaq - baş katibin nümayəndəsi Valter Kalin

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Birləşmiş Millətlər Təşkilatı (BMT) Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımayacağını bəyan edib.

"BMT heç bir şəkildə Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni tanımayacaq", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Bakıda səfərdə olan BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin deyib.

Mayın 23-də Dağlıq Qarabağda separatçı rejim qondarma "parlament seçkisi" keçirib. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttiffaqı bu seçkiləri tanımayacağını bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti