...

Dağlıq Qarabağda keçirilmiş "parlament seçkisi" sülh prosesinə mənfi təsir edəcək - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2010 17:09 (UTC +04:00)
Azərbaycan öz beynəlxalq tərəfdaşlarının mayın 23-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş "parlament seçkiləri"nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlığını bölüşür.
Dağlıq Qarabağda keçirilmiş "parlament seçkisi" sülh prosesinə mənfi təsir edəcək - Azərbaycan XİN

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan öz beynəlxalq tərəfdaşlarının mayın 23-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş "parlament seçkiləri"nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlığını bölüşür.

"Ermənistan Respublikası tərəfindən onun anneksiya siyasətini və Azərbaycan ərazilərinin işğalını örtbasdır etmək üçün növbəti cəhd tam və qaçılmaz uğursuzluqla nəticələndi. Ermənistan tərəfi öz əməlləri ilə heç kəsi yox, yalnız öz ictimaiyyətini aldadır. Avropa Parlamentinin Aİ-nin Cənubi Qafqaz üçün strategiyasına ehtiyacla bağlı yenicə qəbul etdiyi məruzədə də qeyd edildiyi kimi, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən yaxşı xəbərdardır", - XİN-in bazar ertəsi yaydığı bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Ermənistan tərəfinin yeritməyə çalışdığı "fait accompli" əsasında həlli heç zaman qəbul etməyəcək.

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaların Azərbaycanın daxilində demokratiya və çiçəklənmənin faydalarından tam və bərabər şəkildə yararlanaraq dinc yanaşı yaşayışı əsasında həll oluna bilər. Azərbaycan bir daha Ermənistan tərəfini öz destruktiv siyasətini dayandırmağa və dəyərli vaxtını israf etmək əvəzinə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən tez və davamlı həllini tapmaq məqsədilə xoş məramla danışıqlar aparmaga çağırır", - bəyanatda deyilib.

Xəbər lenti

Xəbər lenti