...

Ermənistan yenilənmiş Madrid prisiplərini qəbul etsə, geniş imkanlar açılacaq - Azərbaycanın xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2010 17:38 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri bəyan edib ki, Ermənistan yenilənmiş Madrid prisiplərini qəbul etsə, növbəti mərhələlər üçün geniş imkanlar açılacaq.
Ermənistan yenilənmiş Madrid prisiplərini qəbul etsə, geniş imkanlar açılacaq - Azərbaycanın xarici işlər naziri

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycanın xarici işlər naziri bəyan edib ki, Ermənistan yenilənmiş Madrid prisiplərini qəbul etsə, növbəti mərhələlər üçün geniş imkanlar açılacaq.

"Əgər həmsədrlər Ermənistana yenilənmiş Madrid prinsiplərini qəbul etdirsə, bu, böyük imkanlar açacaq. Biz Ermənistan Prezidenti və xarici işlər nazirindən cavab gözləyirik, onlar isə nə "hə", nə də "yox" deyirlər", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Məmmədyarov ATƏT-in Minsk qrupundan olan həmsədrlərlə iyun ayının əvvəllərində görüşəcəyini bildirib.

"Avropaya səfərim çərçivəsində iyunun əvvəllində həmsədrlərlə görüşmək planımız var", - Məmmədyarov əlavə edib.

Nazir bildirib ki, həmsədrlər bu sahədə işi davam etdirçəlidirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti