...

Prezident İlham Əliyev Tacikistan hərbi qulluqçularının Azərbaycan ali hərbi təhsil müəssisələrində təhsil alması haqqında sazişi təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2010 04:02 (UTC +04:00)
Prezident İlham Əliyev 2010-cu il aprelin 14-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Tacikistan Respublikası Müdafiə Nazirliyi arasında Tacikistan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ali hərbi təhsil müəssisələrində təhsil alması haqqında Saziş”in təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev Tacikistan hərbi qulluqçularının Azərbaycan ali hərbi təhsil müəssisələrində təhsil alması haqqında sazişi təsdiqləyib

Prezident İlham Əliyev 2010-cu il aprelin 14-də Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Tacikistan Respublikası Müdafiə Nazirliyi arasında Tacikistan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ali hərbi təhsil müəssisələrində təhsil alması haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc dövlət informasiya agentliyi yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sazişin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tacikistan Respublikası tərəfini xəbərdar etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti