...

Hillari Klinton Cənubi Qafqaza səfəri zamanı ABŞ-ın Qarabağa dair mövqeyini birgə bəyanatda təsdiq edəcək – dövlət katibinin köməkçisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2010 13:48 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin prezidentləri tərəflərin münaqişənin müzakirəsi zamanı əməl etməli olduqları Dağlıq Qarabağ probleminin nizama salınması və prinsiplərində əldə olunmuş nailiyyəti qeyd ediblər, - bu barədə Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon deyib.
Hillari Klinton Cənubi Qafqaza səfəri zamanı ABŞ-ın Qarabağa dair mövqeyini birgə bəyanatda təsdiq edəcək – dövlət katibinin köməkçisi

Аzərbaycan, Bakı, 1 iyul /Trend, müxbir А.Qasımova/

ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin prezidentləri tərəflərin münaqişənin müzakirəsi zamanı əməl etməli olduqları Dağlıq Qarabağ probleminin nizama salınması və prinsiplərdə əldə olunmuş nailiyyəti qeyd ediblər, - bu barədə Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon deyib.

"Birləşmiş Ştatlar bu prinsiplərin tərəfdarıdır və tam qətiyyətlə münaqişə tərəfləri ilə işləməkdə maraqlıdır. "G-8" liderləri Minsk qrupunun ən yüksək səviyyədə vasitəçi missiyasının tərəfdarı olduğunu nümayiş etdirən bəyanat veriblər.

Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri şənbə günü Kanadada keçirilən "Böyük səkkizlik"in zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar.

Şənbə günü Kanadada üç prezidentin qəbul etdiyi birgə bəyanatda bildirilir ki, prezidentlər hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən, Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, DQ-nin təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və DQ-ni Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayırlar.

Bu prinsiplər sırasında Dağlıq Qarabağın, onun bütün əhalisinin iradəsini bildirməsi nəticəsində, gələcək hüquqi statusunun təyin olunması, bütün qaçqın və məcburi köçkünlərin öz əvvəlki evlərinə qayıtmaları, beynəlxalq təhlükəsizlik zəmanətləri, o cümlədən, sülhməramlı əməliyyatlar da göstərilib. Bu mövqelər Madrid prinsiplərinin əsas bəndlərinə uyğun gəlir.

"Həm Ermənistan, həm də Azərbaycan Minsk ssenarisinə əməl etməklə faydalana bilərlər. Dövlət katibi bu ölkələrə səfəri çərçivəsində Torontoda prezidentin bildirdiyi mövqeni təsdiq edə bilər", - o qeyd edib.

"Bizi zorakılığın istənilən halda təzahürü narahat edir. Siz ATƏT-in Minsk qrupunun apardığı prosesə bizim tərəfdarlığımızı sübut edən hərbi qarşıdurma və münaqişə şəraitində olarkən, heç kim sabitliyi həqiqət kimi qəbul edə bilmir.

Onun sözlərinə görə, dövlət katibinin Cənubi Qafqaza səfərinin əsas məqsədlərindən biri də tərəqqinin əldə olunması üçün hər iki tərəflə gələcəkdə mühüm addımların atılmasıdır.

Xəbər lenti

Xəbər lenti