...

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynaya bilər – Piter Semnebi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2010 17:07 (UTC +04:00)
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynaya bilər. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə düşünür.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynaya bilər – Piter Semnebi

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir T.Konyayeva/

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynaya bilər. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə düşünür.

"Region ölkələri ilə əlaqələrin dərinləşməsi ilə əlaqədar olaraq Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynaya bilər. Lakin bu, ATƏT-in Minsk qrupunun əvəzinə deyil, onun dəstəklənməsi deməkdir", - cümə axşamı Semnebi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

"Etibar metodlarını axtarıb tapmaq lazımdır", - o hesab edir.

"Biz Aİ-nin münaqişənin həll edilməsinə kömək etməsi üçün üsul və vasitələri nəzərdən keçirəcəyik", - xüsusi nümayəndə vurğulayıb.

Onun sözlərinə görə, ölkələr arasında əlaqələrin yenidən yaranması sevindirici haldır.

"ABŞ Minsk qrupunun həmsədri olduğundan, dövlət katibi Hillari Klintonun regiona qarşıdakı səfəri danışıqlarda öz rolunu oynayacaq. ABŞ bu səfəri məsələnin irəliləməsi üçün istifadə etmək niyyətindədir", - diplomat qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti