...

Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2010 10:32 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 5-i və 6-da bir neçə istiqamətdə Azərbaycan Milli Ordusunun mövqelərini atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 5-i və 6-da bir neçə istiqamətdə Azərbaycan Milli Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələri iyulun 5-i saat 06:30-dan 06:50-dək, saat 22:45-dən 23:00-dək; iyulun 6-da saat 00:45-dən 01:10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 12:30-dan 12:35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 13:40-dan 13:45-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

İyulun 6-da saat 00:30-dan 00:45-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdən, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti