...

Dağlıq Qarabağa aid "dondurulmuş" termini çaşqınlığa gətirib çıxarır – ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2010 15:24 (UTC +04:00)
Dağlıq Qarabağa aid edilən "dondurulmuş" termini çaşqınlığa gətirib çıxarır. ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker ATƏT-in Osloda keçirilmiş XIX sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə görüşü zamanı belə deyib.
Dağlıq Qarabağa aid "dondurulmuş" termini çaşqınlığa gətirib çıxarır – ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi (ƏLAVƏ OLUNUB)

RED. əlav.: dördüncü və beşinci abzasda Bahar Muradovanın sözləri əlavə olunub

Аzərbaycan, Bakı, 9 iyul /Trend, müxbir М.Əliyev/

Dağlıq Qarabağa aid edilən "dondurulmuş" termini çaşqınlığa gətirib çıxarır. ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker ATƏT-in Osloda keçirilmiş XIX sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə görüşü zamanı belə deyib. Bu barədə Milli Məclisdən verilən məlumatda deyilir.

"Hər iki tərəfdə itkilər baş verməkdə davam edir, ona görə də Dağlıq Qarabağ probleminə aid "dondurulmuş münaqişə" çaşqınlığa gətirib çıxarır", - Lenmarker bildirib.

Azərbaycan Parlamentinin vitse-spikeri, Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Lenmarkerin sözlərini təsdiq edərək bildirib ki, "dondurlumuş münaqişə" rejimi, əslində yalançı xarakter daşıyır, belə ki, münaqişə zonasında hələ də dinc əhali, atışmalarda əsgərlər həlak olurlar.

Muradova qeyd edib ki, Azərbaycan Ordusunun şəhid olmuş əsgərinin meyiti hələ də Vətənə qaytarılmayıb.

"Bu yaxınlarda Sankt-Peterburqda prezidentlər arasında danışıqlar aparılan zaman Ermənistan tərəfindən atəşkəs pozulub və nəticədə meyiti hələ də Vətəninə qaytarılmayan Azərbaycan əsgəri həlak olub ki, bu da beynəlxalq konvensiyalara zidd olmaqla xalqımızın heysiyyətinə toxunur. Fürsətdən istifadə edib erməni həmkarlarımızı əsgərimizin meyitinin ölkəmizə qaytarılmasında bizə yardım etməyə çağırıram", - Muradova deyib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsindən Ermənistanın mövcud hərəkətləri ilə bağlı öz fikirlərini bildirməyi xahiş edib. "Bəli, siz bu problemi bizim əvəzimizə həll edə bilməzsiniz, lakin bu məsələ üzrə nümayəndə və məruzəçi kimi, öz fikrinizi bildirməyə haqqınız var", - vitse-spiker deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti