...

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb – Azərbaycan Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2010 16:43 (UTC +04:00)
Çərşənbə günü qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb – Azərbaycan Müdafiə Nazirliyi

Аzərbaycan, Bakı, 14 iyul /Trend, müxbir М.Əliyev/

Çərşənbə günü qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki təmas xəttində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Uilyam Prayor və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepokrıtıx keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, səhra köməkçisi Caslan Nurtazin və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Ferqus Hannon keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti