...

Türkiyənin xarici işlər naziri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2010 11:44 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Almatıda azərbaycanlı və erməni həmkarları - Elmar Məmmədyarov və Edvard Nalbandyanla danışıqlar aparacaq, - məlumatı Türkiyənin "Hürriyyet" qəzetinin saytı yayıb.
Türkiyənin xarici işlər naziri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Almatıda azərbaycanlı və erməni həmkarları - Elmar Məmmədyarov və Edvard Nalbandyanla danışıqlar aparacaq, - məlumatı Türkiyənin "Hürriyyet" qəzetinin saytı yayıb.

Görüşlər iyulun 16-17-də Qazaxıstanda təşkil olunacaq ATƏT-in sammiti çərçivəsində keçiriləcək. Məlumatda deyilir ki, Türkiyə naziri Məmmədyarov və Nalbandyanla ikitərəfli görüşlər aparacaq.

ATƏT-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sammit çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ xarici işlər nazirləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə birgə görüşlərinin keçirilməsi planlaşdırılır. Təxmin olunan görüş tarixində -17 iyulda tərəflərin danışıqların yekunlarına dair birgə bəyanatla çıxışları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti