...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Aİ arasında assosiasiya sazişinin müzakirə istiqamətlərindən biridir – nazir müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2010 17:12 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması gələcəkdə assosiasiya haqqında sazişin müzakirə istiqamətlərindən biri olan siyasi dialoq çərçivəsində Avropa İttifaqı ilə müzakirə olunacaq.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Aİ arasında assosiasiya sazişinin müzakirə istiqamətlərindən biridir – nazir müavini

Аzərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.Xəlilova/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması gələcəkdə assosiasiya haqqında sazişin müzakirə istiqamətlərindən biri olan siyasi dialoq çərçivəsində Avropa İttifaqı ilə müzakirə olunacaq. Bu barədə cümə günü mətbuat konfransında jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Biz istərdik ki, Aİ-nin bu məsələdə mövqeyi daha fəal olsun", - nazir müavini deyib.

"Mayda Avropa Parlamenti Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyinin birmənalı şəkildə göstərildiyi Cənubi Qafqaz üzrə inkişaf strategiyasını qəbul edib. Avropa İttifaqının münaqişənin nizamlanması üzrə mövqeyi bizi ümidləndirir", - Məmmədquliyev deyib.

"Aİ bu prosesə cəlb olunmayıb, lakin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və birmənalı şəkildə problemin sülh yolu ilə nizamlanmasına çalışır", - Aİ nümayəndəsi Con Kyaer jurnalistlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti