...

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri Dağlıq Qarabağ üzrə danışıqlarda tərəfləri kompromis ruhun möhkəmləndirilməsinə çağırıblar – bəyanat (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2010 14:57 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Steynberq Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatla çıxış ediblər. Bu barədə ATƏT-in məlumatında deyilir.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri Dağlıq Qarabağ üzrə danışıqlarda tərəfləri kompromis ruhun möhkəmləndirilməsinə çağırıblar – bəyanat (ƏLAVƏ OLUNUB)

RED. əlav.: dördüncü abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Steynberq Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatla çıxış ediblər. Bu barədə ATƏT-in məlumatında deyilir.

Rusiya və Fransa nümayəndə heyətlərinin rəhbərləri, ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Almatıda keçirilən qeyri-rəsmi sammitində görüşüblər.

Şənbə günü Almatıda ATƏT ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri ilə görüşü keçirilib.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Dağlıq Qarabağ üzrə ATƏT-in xarici işlər nazirlərinin ötən il dekabrın 1-də Afinada keçirilən görüşündə qəbul olunan birgə bəyanata müraciət edərək, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə son Helsinki Aktında güc tətbiqindən çəkinmək, dövlətlərin ərazi bütövlüyü, eləcə də xalqların bərabər hüququ və öz müqəddəratını təyinetmə üzrə göstərilən prinsiplər əsasında götürdükləri öhdəlikləri xatrırladıblar.

Onlar təsdiq ediblər ki, Rusiya, Fransa və ABŞ prezidentləri - Dmitri Medvedev, Nikola Sarkozi və Barak Obama tərəfindən 2009-cu il iyulun 10-da İtaliyanın Akvill şəhərində və cari ilin iyunun 26-da Maskok şəhərində təkrarlanaraq göstərilən elementlər istənilən münaqişənin ədalətli və möhkəm nizamlanması üçün əsas olmalıdır.

Nəzərdə tutulan elementlər özündə vahidlik təşkil edir və oradan bir neçə elementi çıxartmaq üçün edilən istənilən səy balanslaşdırılmış qərara nail olmağı qeyri-mümkün edəcək.

Fransanın XİN rəhbəri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Steynberq cari ilin yanvarın 25-də Soçidə və iyunun 17-də Sankt-Peterburqda müzakirə edilən müddəaları nəzərə almaqla, tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması üzrə Prezident Medvedevə və xarici işlər naziri Lavrova təşəkkürlərini bildiriblər.

Nazirlər vurğulayıblar ki, bu günə qədər münaqişə tərəflərinin göstərdiyi səylər mövcud ziddiyyətin aradan qaldırılması üçün kifayət etməyib. Onlar bu yaxınlarda regionda gərginliyi gücləndirən hadisələr, o cümlədən 2010-cu ilin 18-19 iyununda ciddi hərbi insidentlər və açıq bəyanatlarla bağlı təəssüf hissi keçirdiklərini ifadə ediblər. Onlar xəbərdarlıq ediblər ki, güc tətbiq edilməsi hazırkı vəziyyəti yaradıb və ondan təkrar istifadə yalnız iztirablar, ədavət, münaqişənin şiddətləndirilməsi və nəsillər boyu davam edən düşmənçiliyə gətirib çıxara bilər. Onlar danışıqların davam etdirilməsi, ümumi əsaslarda razılığa gəlmək üçün təkidlə kompromis ruhun möhkəmləndirilməsinə çağırıblar. 1994-cü ildə əldə olunmuş atəşkəs rejimini möhkəmləndirmək, gələcək siyasi dilaoq və danışıqlara nail olmaq məqsədilə tərəflər əlavə tədbirlər görməlidirlər. Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəflərin sülh razılığına gəlməsinə tərəfdar olduqlarını sübut ediblər, lakin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsuliyyətin Azərbaycan və Ermənistan rəhbərlərinin üzərinə düşdüyünü təsdiq ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti