...

Yerevanın Dağlıq Qarabağla bağlı mövqeyi: bir dəfə yalan danışdınsa, kim sənə inanar? – Trend-in icmalçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2010 09:00 (UTC +04:00)
Dağlıq Qarabağla bağlı danışıqlar iyulun 17-də növbəti dəfə dalana dirəndi. Sanki Azərbaycan danışıqların iki ili ərzində Yerevanın qeyri-konstruktiv mövqeyinə alışıb. Lakin bu dəfə erməni tərəfinin hələ nazirlərin görüşünədək səslənən bəyanatı öz həyasızlığı ilə sadəcə olaraq heyrətləndirdi.
Yerevanın Dağlıq Qarabağla bağlı mövqeyi: bir dəfə yalan danışdınsa, kim sənə inanar? – Trend-in icmalçısı

Trend-in Avropa redaksiyasının icmalçısı Elmira Tariverdiyeva

Dağlıq Qarabağla bağlı danışıqlar iyulun 17-də növbəti dəfə dalana dirəndi. Sanki Azərbaycan danışıqların iki ili ərzində Yerevanın qeyri-konstruktiv mövqeyinə alışıb. Lakin bu dəfə erməni tərəfinin hələ nazirlərin görüşünədək səslənən bəyanatı öz həyasızlığı ilə sadəcə olaraq heyrətləndirdi.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun hələ mart ayında Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə tədbirin yekunları üzrə həmsədrlərin 2009-cu ilin dekabrında və 2010-cu ilin yanvarında təqdim etdikləri yenilənmiş Madrid prinsiplərinə Azərbaycanın müsbət münasibəti elan edildi.

Daha doğrusu, Azərbaycan praktiki olaraq dərhal həmsədrlərin təqdim etdiyi və Torontoda "Böyük səkkizlik" sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəstəklədikləri sənədi qəbul etdi. Bütün bu vaxt ərzində Bakı iki həftəyə təqdim ediləcəyi vəd edilən, lakin bu barədə asanlıqla unudan Ermənistandan yenilənmiş baza prinsiplərinin qəbul edilməsi haqqında konkret cavab gözlədi.

Və birdən Almatıda ATƏT ölkələrinin XİN başçılarının qeyri-formal sammitində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "əgər görüş baş tutarsa, o zaman, ilk növbədə, Azərbaycanın Sankt-Peterburqda təqdim olunan və yüksək səviyyədə razılaşmanın əldə olunduğu Madrid prinsiplərinin son variantı əsasında danışıqları davam etdirməyə hazır olub-olmadığını aydınlaşdırmaq lazım gələcək" bəyanatı ilə hamını təəccübləndirdi.

"Düşünürəm ki, Almatı görüşünün əsas vəzifəsi məhz bu olacaq", - Nalbandyan deyib.

Erməni tərəfinin belə bəyanatı ən azı təəccüb doğurur. Əgər danışıqlar qapalı keçsəydi və vasitəçilər, rəsmi Bakı KİV vasitəsilə Ermənistanı yarım il taym-autu dayandırmağa və yenilənmiş Madrid prinsipləri ilə bağlı fikir söyləməyə çağırmasaydı, Bakının mövqeyi ilə bağlı hansısa şübhə yarana bilərdi. Lakin indiki halda Yerevanın nəyə bel bağladığı qətiyyən aydın deyil.

Bir dəfə yalan danışdınsa, kim sənə inanar? Yuxarıda göstərilən misaldan sonra erməni tərəfinin digər bəyanatları da müşahidəçilərdə inamsızlıq doğurmalıdır.

Hər ehtimala qarşı, erməni nazirin Məmmədyarovun danışıqlarda Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonlarının qaytarılması məsələsinin müzakirəsi ilə bağlı dediyi sözləri təkzib etməsi tənqidə davam gətirmir.

Azərbaycanlı nazir öz həmkarının dilindən yalan ittihamı eşitdikdə erməni tərəfinin bu iki rayonun işğaldan azad olunması barədə məsələyə yenidən qayıtması ilə bağlı narazılığını bildirdi. Çünki bundan əvvəl tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsindən beş il sonra erməni qoşunlarının Laçın və Kəlbəcərdən çıxarılması barədə təklifi ilə artıq razılaşmışdılar.

Nalbandyanın sözlərinə görə, bundan başqa, prezidentlərin Sankt-Peterburqdakı son görüşlərində bu rayonların məsələsi müzakirə edilməyib. Burada Ermənistan XİN rəhbərinin sözləri Rusiya Prezidenti Dmitri Medvedevin sözləri ilə açıq-aydın ziddiyyət təşkil edir.

Hələ may ayında Medvedev Ankaraya səzəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə mətbuat konfransında rayonların məsələsinin müzakirə edildiyini bildirmişdi.

"Mən indi rayonların sayı və nizamlanma üzrə digər amillərin ayrı-ayrı məqamlarını şərh etmək istəməzdim, çünki bu problemlə bağlı xırdaçılığa yol vermək lazımdır ki, artıq ahəng yaratmayasan", - Medvedev qeyd edib.

Məmmədyarovun beş rayonla bağlı məsələnin həll edilməsi barədə sözlərini Yerevan inkar etməyib. Beləliklə, hər iki tərəf hesab edir ki, Azərbaycanın beş rayonundan erməni qoşunlarının çıxarılması məsələsinin əlavə müzakirəyə ehtiyacı yoxdur. Güman etmək olar ki, Medvedev məhz Kəlbəcər və Laçın haqqında danışıb ki, onların da qaytarılması barədə razılıq hələ ki əldə olunmayıb.

Bundan başqa, prezidentlərin Sankt-Peterburqdakı görüşlərində Ermənistanı Dağlıq Qarabağla birləşdirən iki rayonun taleyi kimi mühüm məsələ Rusiya Prezidentinin diqqətindən kənarda qala bilməzdi. Eləcə də Azərbaycana bu iki rayonun beş il ərzində qaytarılması ilə bağlı yenilənmiş Madrid prinsiplərindəki bənd qeyd olunub.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Almatıdakı görüşün nəticəsiz keçməsi təəccüblü deyil. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində bir addım belə irəli getmək istəmir. Yerevan Bakının bütün kompromislərinə ya susmaqla, ya da yalanla cavab verir ki, bundan sonra Azərbaycan tərəfinin danışıqlara ümidi qalmır. Legitimliyə və ölkə daxilində dəstəyə malik olmayan, dünyadakı erməni diasporunun reaksiyasından ehtiyat edən, həlledici qərarı qəbul etməkdən qorxan hakimiyyətlə danışmaq çətindir. Erməni tərəfi Dağlıq Qarabağ üzrə danışıqlarda ətrafdakıların təsirinə tez düşən yeniyetmə utancaq qızcığaz təəssüratı yaradır. Yerevan vasitəçilərin tutarlı fikirləri ilə sanki razılaşır və hətta demək olar ki, Bakının bütün tələblərini təkrarlayan prezidentlərin bəyanatlarını bəyənir. Lakin erməni liderlər evə qayıdarkən fikirlərini dəyişirlər və öz sözlərindən və əməllərindən qorxaraq dərin müdafiəyə keçirlər. Belə olan halda, yaxın gələcəkdə irəliləyişə ümid barədə nəsə danışmağa təəssüf ki, yer qalmır.

Yeri gəlmişkən, danışıqların gedişində təəssüf hissi özünü Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Fransanın xarici işlər naziri Bernar Kuşnerin və ABŞ dövlət katibinin müavini Ceyms Steynberqin Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra verdikləri bəyanatda da sezilib.

Nazirlər qeyd ediblər ki, münaqişə tərəfləri tərəfindən göstərilən səylər mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün kifayət etməyib.

Bu isə o deməkdir ki, müşahidəçi və vasitəçilərin son nəticədə erməni hakimiyyətinin manevrlərini izləməkdən təngə gəlmələrinə və ola bilsin ki, dünya ictimaiyyətinin Yerevana təzyiq göstərməsi ilə Dağlıq Qarabağ məsələsində ən azı onun sabit mövqeyinə nail olmağa ümid var.

Xəbər lenti

Xəbər lenti