...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2010 10:24 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri iyulun 19-da saat 08.20-dən 08.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.00-dan 10.20-dək, saat 20.10-dan 20.30-dək Tərtər rayonunun Talış və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.35-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyulun 20-də saat 01.40-dan 01.50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 19-da saat 20.05-dən 20.15-dək, saat 23.45-dən 23.55-dək, iyulun 20-də saat 00.10-dan 00.15-dək, saat 05///.30-dan 06.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti