...

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2010 10:55 (UTC +04:00)
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 21-də saat 21:45-dən 21:55-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi; saat 11:20-dən 11:30-dək, saat 14:00-dan 14:30-dək, saat 23:00-dan 23:10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan silahlı qüvvələri saat 17:30-dan 17:45-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 20:30-dan 20:45-dək Göy göl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 23:45-dən 23:55-dək Ağdam rayonu Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti