...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2010 10:46 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə oktyabrın 4-də atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 4-də saat 19:30-dan 19:40-dək Ermənistan Respublikası Noyenberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 20:25-dən 20:35-dək Xoсavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:20-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- oktyabrın 5-də saat 00:10-dan 00:20-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:30-dan 02:45-dək və 05:20-dən 05:40-dək Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 05:30-dan 05:45-dək Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən

Azərbayсan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən сavab atəşi ilə susdurulub. İtki yoxdur.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Xəbər lenti

Xəbər lenti