...

Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi ekstremizm və terrorizmin qanlı səhifələri çoxdur - azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2010 15:36 (UTC +04:00)
Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi ekstremizm və terrorizmin qanlı səhifələri çoxdur.
Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi ekstremizm və terrorizmin qanlı səhifələri çoxdur - azərbaycanlı deputat

Fransa, Strasburq, 5 oktyabr /Trend, müxbir A. Məhərrəmli/

Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi ekstremizm və terrorizmin qanlı səhifələri çoxdur, - Trend-in məlumatında görə, bu fikirləri Avropa Parlament Assambleyasının (AS PA) payız sessiyasının ikinci iş günü ispaniyalı deputat Pedro Agramunt Fon de Mora tərəfindən hazırlanan "Ekstremizmə qarşı mübarizə..." adlı məruzə ətrafında çıxışı zamanı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.

Millət vəkilinin çıxışında ekstremizm, onun törətdiyi fəsadların daha geniş miqyasları əhatə etməsi və buna qarşı mübarizənin vacibliyi qeyd olunub.

"1980-ci illərin sonlarında Dağlıq Qarabağda erməni ekstremistlərinin başladığı separatçı hərəkətlərin qarşısı, bütün imkanlar olmasına baxmayaraq, vaxtında alınmadığından, bu cərəyan getdikcə nəzarətdən çıxaraq nəhəng miqyaslar aldı; tədricən, bir sıra böyük dövlətlərin də bu və ya digər dərəcədə daimi müdaxilə etdiyi uzun və üzücü müharibəyə çevrildi. Ermənistanın ekstremizmin, rasist düşüncənin bəhrəsi olan cəhdləri Azərbaycanın 1 milyona yaxın insanını qaçqına və məcburi köçkünə çevirdi, minlərlə insan həyatını itirdi, Ermənistan ərazisində tarixən kompakt yaşamış 300 mindən artıq azərbaycanlı zorla ölkədən çıxarıldı. Ermənistandakı milli azlıqlar - ruslar, yəhudilər, almanlar, yunanlar, kürdlər və digər xalqların nümayəndələri də qovuldular, bu ölkə monoetnik bir dövlətə çevrildi. Erməni xalqı da ekstremizmi, terrorizmi dövlət siyasətinə döndərən hakimiyyətin girovuna çevrildi. Nəticə göz qabağındadır - Ermənistan çıxılmaz siyasi, iqtisadi, mənəvi tənəzzül içərisindədir və bu böhran gün-gündən dərinləşərək xalqı xaosa, səfalətə, uçuruma doğru sürükləyir", - Hüseynov deyib.

Hüseynov ekstremizm və terrorizmin Ermənistan dövləti səviyyəsində dəstəkləndiyini diqqətə çatdırmış və ekstremizmin bütün təzahürlərinə, terrorizmə qarşı mübarizədə insanlıq naminə birlikdə olmanın vacibliyini vurğulamışdır.

"Ən pisi odur ki, rasizm, şovinizm, islamafobiya, türkafobiya təbliğatı Ermənistanda bu gün də elektron və yazılı media vasitəsilə intensiv şəkildə aparılır. Daha acınacaqlısı isə odur ki, belə fikirlər dərsliklərdə, elmi və bədii ədəbiyyatda da əks olunaraq, gənc nəsillərin beyinlərini zəhərləyir. Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi ekstremizm və terrorizmin qanlı səhifələri çoxdur. Bakıda törədilən və qurbanlarının sayına görə misli olmayan metro partlayışı bu cinayətlərdən yalnız biridir. Bu kədərli siyahı isə kifayət qədər uzundur. Ekstremizmin, terrorizmin bəzən milliyyətinin, rənginin müəyyənləşdirilməsinə cəhd edilir. Bu, yanlış bir yanaşmadır. Dünyanın bir sıra ölkələrində, elə Fransanın özündə Asala, Haydut, Vartan cəngavərləri və digər erməni terrorçu təşkilatlarının törətdiyi qətlləri, dağıntıları, təbii ki, o terrorçuların mənsub olduqları xalqın adıyla bağlamaq doğru deyil. Bu rəzalətlərin milli mənsubiyyəti yoxdur və onun hədəfi insandır. Ona görə də ekstremizmin bütün təzahürlərinə, terrorizmə qarşı mübarizədə insanlıq naminə hamımız birlikdə olmalıyıq", - millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti